• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq

Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq
05.10.2026 18:48

Ağdamda fəaliyyət göstərən “Zəfər Bağları” MMC Azərbaycan narını yaxın günlərdə Avropa İttifaqının üzvü Bolqarıstana ixrac etməyi planlaşdırır.


Şirkətin icraçı direktoru Seymur Sadıxov jurnalistlərə bildirib ki, ixracla bağlı bəzi müqavilələr artıq imzalanıb. Şirkət Səudiyyə Ərəbistanı, Bolqarıstan və Slovakiya bazarlarına çıxmaq üçün danışıqlar aparır.


Sadıxovun sözlərinə görə, “Zəfər Bağları” indiyədək 420 hektar ərazidə fəaliyyət göstərib. Gələn ildən 300 hektar sahədə yeni nar və badam bağlarının salınması nəzərdə tutulur. Hazırda şirkətdə 150 nəfər çalışır, gələcək illərdə işçi sayının 250-yə çatdırılması planlaşdırılır.


Şirkət fəaliyyətinin ikinci ilindən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına məhsul göndərməyə başlayıb.


Sadıxov bildirib ki, bağlarda məhsuldarlıq ilk il hektara 4 ton, ikinci il 6 ton olub. Bu il göstəricinin hektara 8 tona çatdırılması planlaşdırılır. Şirkət 2032-ci ilədək məhsuldarlığı hektara 20–25 tona yüksəltməyi hədəfləyir. Bunun üçün yeni sortların yetişdirilməsi və müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulur.


Bağlar Ağdam rayonunda “Agro Food İnvestments” şirkəti tərəfindən salınıb.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol