• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kəndlərində tibb məntəqələri azalır, müraciətlər isə 12% artıb - rəsmi

Azərbaycan kəndlərində tibb məntəqələri azalır, müraciətlər isə 12% artıb - rəsmi
06.10.2026 09:54

Azərbaycanda kənd yerlərində fəaliyyət göstərən tibb məntəqələrinin sayı 2025-ci ildə 1 512-yə düşüb, həmin məntəqələrə müraciətlərin sayı isə əvvəlki illə müqayisədə artaraq 1,414 milyona çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2024-cü ildə ölkədə 1 603 kənd tibb məntəqəsi fəaliyyət göstərib və onlara 1,263 milyon müraciət qeydə alınıb.

2025-ci ildə məntəqələrin sayı 5,7% azalıb, müraciətlərin sayı isə 12% artıb.


2023-cü ildə kənd yerlərində 1 602 tibb məntəqəsi fəaliyyət göstərib, müraciətlərin sayı 1,899 milyon olub.

Bu, 2025-ci ilin göstəricisindən təxminən 26% çoxdur. 

Bundan əvvəl Milli Məclisin deputatı Əhliman Əmiraslanov 2026-cı il dövlət büdcəsinə münasibət bildirərkən icbari tibbi sığorta üzrə xidmətlərin genişləndirilməsinə baxmayaraq, vətəndaşların gözləntilərinin tam qarşılanmadığını deyib.

“Ambulator müalicələrin icbari tibbi sığorta çərçivəsində qarşılanması məsələsi hələ də həll olunmayıb. Bu məsələ 2026-cı ildə mütləq həllini tapmalıdır”, - deputat vurğulayıb.

Regionlarda tibbi xidmətlərin vəziyyəti ilə bağlı problemlər daha əvvəl də gündəmə gətirilib. TƏBİB-in keçmiş sədri Vüqar Bayramov regionlarda tibb məntəqələrinin təxminən 80%-nin vəziyyətinin qənaətbəxş olmadığını bildirib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol