• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək

Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
06.10.2026 15:02

Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumatı təsdiqlənən şəxsə təşkilatın büdcəsi hesabına minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, qanun layihəsinə əsasən, müəyyən hallarda dövlətə ödənilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə verilə bilər.

Deputat Arzu Nağıyev qanun layihəsini birgə komitə iclasında təqdim edərkən bildirib ki, sənəd korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Layihə 5 fəsil və 19 maddədən ibarətdir.


Nağıyevin sözlərinə görə, mükafatın məbləği müəyyən edilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq. Cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaitindən, habelə layihədə nəzərdə tutulan digər hallarda dövlətə ödənilmiş maddi ziyanın 5 faizi də məlumat verən şəxsə verilə bilər.


Layihəyə əsasən, məlumat dərhal qeydiyyata alınж, bir qayda olaraq 20 iş günü ərэ araşdırна. Əlavə materiallar əldə etmək zərurəti yaranarsa, araşdırma müddəti 10 iş günü uzadıla bilər. Cinayət əlamətləri aşkarlandıqda materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.


Məlumat verən şəxsin kimliyinin və məlumatlarının məxfiliyinin qorunması, hüquqi yardım və məsləhət alması, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etməsi də layihədə əksini tapıb. Şəxsin məlumat verməsinə görə ona və yaxınlarına hədə-qorxu, təzyiq və təqib göstərilməsi, eləcə də iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol