• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat korrupsiya barədə məlumat verən şəxsin ölümünə görə kompensasiyanın artırılmasını təklif edib

Deputat korrupsiya barədə məlumat verən şəxsin ölümünə görə kompensasiyanın artırılmasını təklif edib
06.10.2026 15:28

Deputat Qüdrət Həsənquliyev korrupsiya barədə məlumat verən şəxsin öldürülməsi halında onun ailəsinə ödənilən kompensasiyanın 20 min manatdan ən azı 150 min manata qaldırılmasını təklif edib. Həsənquliyev bu təklifi qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı səsləndirib.

“Bu rəqəmi minimum 150 min manat məbləğində nəzərdə tutmalıyıq”, - deputat deyib.

O, həmçinin dövlətə qaytarılan vəsaitdən korrupsiya barədə məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulan payın 5%-dən artırılmasını təklif edib.

Deputat ABŞ təcrübəsini nümunə göstərərək bildirib ki, iri korrupsiya cinayətləri barədə məlumat verən və nəticədə dövlətə vəsait qaytarılmasına səbəb olan şəxslərə qaytarılan məbləğin 10-30%-i həcmində mükafat ödənilə bilər.

“Amma bizdə 5 faiz nəzərdə tutulması da hesab edirəm ki, nəzərə alınmalıdır”, - Həsənquliyev bildirib.

Deputat korrupsiya ilə bağlı müraciətlərin müstəqil Korrupsiyaya qarşı mübarizə komissiyasına ünvanlanmasını da təklif edib.

“Şəxsin öz təşkilatının rəhbərinə müraciət etməsində bir məna görmürəm”, - deyə o bildirib.

Həsənquliyevin fikrincə, komissiya əsaslı hesab etdiyi müraciətləri aidiyyəti dövlət qurumlarına göndərməlidir.

O, həmçinin komissiyanın dövlət qurumlarından asılı olmayan şəxslərdən formalaşdırılmasını təklif edib.

Deputat korrupsiya cinayətində iştirak etmiş, daha sonra bu barədə məlumat vermiş şəxslərin müdafiəsi və mükafatlandırılması qaydalarının da qanun layihəsində ayrıca müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol