• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat korrupsiya barədə məlumat verənlərin qınanmasına qarşı çıxıb

Deputat korrupsiya barədə məlumat verənlərin qınanmasına qarşı çıxıb
06.10.2026 15:36

Deputat Bəhruz Məhərrəmov korrupsiya halları barədə məlumat verən şəxslərə qarşı sosial mediada və digər resurslarda hücumların ifşa olunmasını təklif edib. O, belə şəxslərin cəmiyyət tərəfindən qınanmasının korrupsiyaya ortaq olmaq kimi qiymətləndirilməli olduğunu deyib.


“Korrupsiya ilə bağlı məlumat verən şəxsin hansısa formada qınağa cəlb edilməsi özlüyündə korrupsiyaya, cinayətə ortaq olmaq deməkdir”, - Məhərrəmov korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi haqqında qanun layihəsinin müzakirəsində bildirib.


Deputat medianı bu mövzuda “hay-küy dalınca yox”, məlumat verən şəxslərin ifşasına yönələn prosesə dəstək verməyə və cəmiyyəti bu istiqamətdə maarifləndirməyə çağırıb.

O, həmin şəxslərin sosial mediada və digər platformalarda hücumlara məruz qala biləcəyini deyərək, bu halların ifşa olunmasının insanların məlumat verməkdən çəkinməməsi üçün vacib olduğunu vurğulayıb.


Məhərrəmov qanun layihəsini digər hüquqpozmalar barədə məlumat verməyi təşviq edən mexanizmlərin yaradılması üçün də başlanğıc hesab etdiyini bildirib. Onun təklifinə görə, gələcəkdə vətəndaşlar yol hərəkəti qaydalarının pozulması kimi halları video ilə qeydə alıb aidiyyəti qurumlara göndərə bilər.
“Vətəndaş özü ictimai nizamın, ictimai sabitliyin qoruyucusuna çevrilə bilər. Təbii ki, müəyyən həddə, normalar daxilində və xoşagəlməz hallara yol vermədən”, – deyə deputat bildirib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol