• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci ildə korrupsiya barədə müraciətlərin 8,9 faizi işçilərdən daxil olub - deputat

2025-ci ildə korrupsiya barədə müraciətlərin 8,9 faizi işçilərdən daxil olub - deputat
06.10.2026 15:52

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın təhlilinə görə, 2025-ci ildə korrupsiya ilə bağlı daxil olan 5 702 müraciətin 508-i - 8,9 faizi - işçilərin öz iş yerlərində baş verdiyini bildirdikləri hüquqpozmalarla bağlı olub. Bunu  deputat Kamal Cəfərov deyib. 

Cəfərovun sözlərinə görə, hazırkı qanunvericilikdə məlumat verənlərin müdafiəsi ilə bağlı müddəalar müxtəlif aktlarda əksini tapıb, mükafatlandırma mexanizmi isə nəzərdə tutulmayıb. Yeni layihədə məlumat təsdiqlənərsə, işçiyə təşkilatın büdcəsi hesabına mükafat ödənilməsi təklif olunur.


Deputat bildirib ki, layihə işçiyə korrupsiya barədə məlumatı təşkilatın səlahiyyətli strukturuna, rəhbərinə, yuxarı vəzifəli şəxsə və ya ixtisaslaşmış prokurorluq qurumlarına vermək imkanı yaradır. “Onun seçimi var. İstəsə, məlumatı birbaşa korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış quruma verə bilər”, - Cəfərov qeyd edib.


Layihəyə əsasən, məlumat verdiyinə görə işçiyə intizam tənbehi tətbiq etmək, onu vəzifəsindən azad etmək və ya başqa işə keçirmək olmaz. Bilə-bilə yalan və böhtan xarakterli məlumatlar isə korrupsiya barədə məlumatvermə sayılmır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol