• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda məktəbə hücum edən şagird 1 nəfəri öldürüb, 7 nəfəri yaralayıb

İstanbulda məktəbə hücum edən şagird 1 nəfəri öldürüb, 7 nəfəri yaralayıb
06.10.2026 17:20

İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 10 yaşlı şagird ölüb, 7 şagirdin müalicəsi davam edir.

Hadisə Kayabaşı məhəlləsində yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində baş verib. Hücumun başqa məktəbdə təhsil alan 10-cu sinif şagirdi F.M. tərəfindən törədildiyi bildirilib.

İstanbul valisi Davut Gülün sözlərinə görə, hücum edən qız şagird həmin məhəllədə yaşayır və məktəbə yaxın ərazidə məskunlaşıb. O, məktəbə forma ilə daxil olaraq şagirdləri hədəf seçmədən bıçaqlayıb.

İnsidentdən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin vəziyyəti kritik olan şagirdin öldüyünü açıqlayıb. Daxili İşlər Nazirliyi isə ölən şagirdin 10 yaşlı Eslem Sare Bulut olduğunu bildirib.

Səhiyyə naziri Kemal Memişoğlu daha əvvəl hücum nəticəsində 8 şagirdin yaralandığını, onlardan birinin vəziyyətinin kritik, ikisinin vəziyyətinin orta-ağır olduğunu açıqlamışdı. Hazırda 7 şagirdin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.

Hadisədən sonra məktəbdə bu gün və sabah tədrisə fasilə verilib. Hadisənin araşdırılması üçün iki müfəttişin təyin edildiyi, hücumu törədən şagirdin isə günorta saatlarında saxlanıldığı qeyd olunub.

Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, oxşar hadisələrin təkrarlanmaması üçün məktəblərdə və məktəb ətrafında təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir və əlavə tədbirlərlə bağlı iş aparılır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol