• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib

Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib
07.10.2026 10:12

Azərbaycan 2020-ci ilin noyabrından etibarən Ermənistan tərəfinə 2 mindən çox erməni hərbçisinin qalıqlarını təhvil verib. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib.

Onun sözlərinə görə, axtarış işləri mina və digər partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq aparılıb.

Rzayev həmçinin bildirib ki, Azərbaycan İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə birgə inteqrasiya olunmuş məlumatların idarə edilməsi sisteminin və onunla əlaqəli onlayn sorğu mərkəzinin ilkin tətbiqi üzərində işləyir.

Sistem itkin düşmüş şəxslər barədə mövcud məlumatların vahid bazada birləşdirilməsi, səlahiyyətli qurumların məlumatları idarə etməsi və müqayisə etməsi üçün nəzərdə tutulub. Onlayn sorğu mərkəzi isə itkin düşmüş şəxslər və dəfn yerləri barədə məlumatların məxfi şəkildə ötürülməsinə imkan verəcək.

Rzayev qeyd edib ki, Azərbaycanın ICMP ilə əməkdaşlığı 2022-ci ildə imzalanmış protokol əsasında inkişaf etdirilir. Komissiya məhkəmə-tibbi ekspertiza, DNT analizi və məlumatların idarə edilməsi sahələrində texniki ekspertiza və təlim dəstəyi göstərir.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol