• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım

İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım
07.10.2026 10:49

İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar qiymətləndirilməli olan insani məsələdir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Ayrım Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşma mətninin paraflanmasını Cənubi Qafqazda sülh prosesi baxımından mühüm irəliləyiş kimi qiymətləndirib.

O bildirib ki, Türkiyə regionda qalıcı sülh, sabitlik və rifaha töhfə verəcək addımları dəstəkləməyə davam edir.

“Lakin qalıcı sülh yalnız siyasi mətnlərlə təmin edilə bilməz. Sülhün ictimai müstəvidə güclənməsi üçün keçmişdən qalan insani məsələlər də həll edilməlidir”, - Ayrım deyib.

Onun sözlərinə görə, paraflanmış razılaşmanın 9-cu maddəsində itkin düşmüş şəxslər məsələsinə yer verilməsi mühüm əhəmiyyət daşıyır.

Ayrım tərəflərin itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mövcud məlumatları paylaşmasının və əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

“Arxivlərdəki məlumatların paylaşılması, ehtimal olunan dəfn yerlərinə dair məlumatların qiymətləndirilməsi, zəruri sahə tədqiqatlarının aparılması, tapılan qalıqların elmi üsullarla araşdırılması və eyniləşdirilməsi, ailələrin proses barədə müntəzəm və düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir”, - o bildirib.

Türkiyə parlamentari qeyd edib ki, müharibənin başa çatması itkin yaxınlarının yaşadığı ağrının bitməsi demək deyil.

“Hər bir itkin şəxsin bir adı, bir ailəsi, bir hekayəsi və cavab gözləyən yaxınları var”, - Ayrım deyib.

O, Türkiyənin Kiprdəki təcrübəsini də nümunə göstərərək, BMT-nin iştirakı ilə fəaliyyət göstərən İtkin Şəxslər Komitəsinin iki icma arasında mühüm humanitar mexanizm olduğunu bildirib.

Ayrımın sözlərinə görə, bu təcrübə siyasi fikir ayrılıqlarının nə qədər dərin olmasından asılı olmayaraq, humanitar məsələlərdə əməkdaşlığın mümkün olduğunu göstərir.

“Türkiyə olaraq sahib olduğumuz təcrübəni paylaşmağa və bu sahədə humanitar və texniki əməkdaşlığa töhfə verməyə hazırıq”, - o bildirib.

Ayrım parlamentarilərin itkin ailələrinin gözləntilərinin milli və beynəlxalq platformalarda səsləndirilməsinə töhfə verə biləcəyini qeyd edib.

“İtkin şəxslər məsələsi yalnız dövlətlərin və ya mütəxəssislərin deyil, insanlıq ləyaqətinin və vicdanının ortaq məsələsidir”, - Türkiyə parlamentari deyib.

Ayrım bildirib ki, hər bir itkin şəxsin tapılması illərdir cavab gözləyən ailə üçün qeyri-müəyyənliyin sona çatması, hər bir kimliyin müəyyənləşdirilməsi isə insan ləyaqətinə hörmətin ifadəsidir.

O, konfransın itkin şəxslərin taleyinin aydınlaşdırılmasına, ailələrin ağrılarının azaldılmasına və Cənubi Qafqazda qalıcı sülhün möhkəmlənməsinə töhfə verməsini arzuladığını bildirib.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol