• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərin gəliri artırılacaq- nazir

Fermerlərin gəliri artırılacaq- nazir
07.10.2026 10:58

Azərbaycanda kənd təsərrüfatında daha az resursla daha çox məhsul istehsalına keçid çərçivəsində fermerlərin gəlirini artıracaq, ixrac potensialı olan və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verən məhsullara üstünlük veriləcək. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov anews.az-ın sualına cavab verərkən deyib. 

 

Fermerə daha çox qazanc gətirəcək istənilən məhsula üstünlük verilə bilər. Konkret məhsul seçimləri, məsələn, ixracyönümlü və daha çox dəyər yaradan məhsullar olmalıdır. Bura istixana məhsulları, örtük altında yetişdirilən məhsullar daxildir. Son illərdə bu istiqamət Cəlilabadda, Şəmkirdə geniş yayılıb. Bunun mütləq böyük istixana olması şərt deyil, eyni zamanda yerüstü örtük altında yetişdirilən məhsullar da ola bilər. Məsələn, Saatlıda bibər layihəsi var və fermerlər çox gözəl nəticələr əldə ediblər. Fermerin gəlirini artıracaq və ixrac potensialı olan istənilən istiqamətə üstünlük verilə bilər. Bununla paralel olaraq strateji məhsullar, xüsusilə taxıl məhsulları da istehsal edilməlidir ki, ölkənin ərzaq təhlükəsizliyi təmin olunsun", - nazir bildirib.

 

Məmmədov qeyd edib ki, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə hədəflər dövlət proqramında müəyyənləşdirilib.

 

“Əslində, dövlət proqramında hədəflər müəyyənləşdirilib. Həm taxılla bağlı, həm ixracla bağlı hədəflər var. Eyni zamanda balıqçılıq, heyvandarlıq və süfrəçiliklə bağlı hədəflər də müəyyənləşdirilib. Subsidiya Şurasının qərarları da məhz bu istiqamətdə atılan addımlardır. Hər bir təşviq mexanizmi özəl sektorun həmin istiqamətlərə yatırım etməsinə və investisiya qoymasına xidmət edir", - nazir əlavə edib. 

 

Nazir daha əvvəl Ağdamda çıxışı zamanı kənd təsərrüfatında daha az resursla daha çox məhsul istehsalına keçidin vacibliyini qeyd edib.

 

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol