• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerə yalnız istehsalçı kimi baxmaq doğru deyil - deputat

Fermerə yalnız istehsalçı kimi baxmaq doğru deyil - deputat
07.10.2026 12:06

Azərbaycanda fermerlərin alıcı və istehlakçı kimi bazarlıq gücünün də nəzərə alınmasına və ədalətsiz ticarət praktikalarının ayrıca tənzimlənməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Fermerə yalnız istehsalçı kimi baxmaq doğru deyil. Fermer eyni zamanda alıcı və istehlakçıdır və onun bazarlıq gücü var. Son zamanlar fermerlərlə, xüsusən iqtisadi subyektlərlə münasibətlərimiz göstərir ki, fermer münasibətlərinin tənzimlənməsi üçün yalnız bir qanunla kifayətlənmək olmaz”, - o bildirib.

Deputat ədalətsiz ticarət praktikaları, ödənişlərin gecikdirilməsi, birtərəfli müqavilə dəyişiklikləri, məhsulun əsaslandırılmadan qəbul edilməməsi və fermerin zəif bazarlıq mövqeyindən sui-istifadə kimi halların tənzimlənməsinə ehtiyac olduğunu deyib.

“Vaxtilə “Daxili ticarət haqqında” qanunun qəbulu ilə bağlı müəyyən müzakirələr olmuşdu. Düşünürəm ki, bu məsələlər bu qanundan sonra qəbul olunacaq hüquqi aktlarda ciddi şəkildə nəzərə alınmalıdır”, - Mirkişili deyib.

O bildirib ki, qanun layihəsində fermerlərin reytinq sisteminin tətbiqi də nəzərdə tutulur və bu sistemin hansı meyarlar əsasında müəyyənləşdiriləcəyi, nə dərəcədə şəffaf olacağı dəqiqləşdirilməlidir.

“Fermerlərin reytinqləri necə müəyyən olunacaq, hansı əsaslarla müəyyən olunacaq və bu, nə dərəcədə şəffaf olacaq? Düşünürəm ki, bununla bağlı ayrıca sistemin yaradılmasına və ya Nazirlər Kabinetinin qərarına ehtiyac yaranacaq”, - deputat qeyd edib.

Mirkişili torpaqların konsolidasiyasını da vacib məsələlərdən biri kimi qeyd edib.

“Torpaqların konsolidasiyasını həvəsləndirəcək, konsolidasiya olunmuş torpaqlarda yeni məhsulların artımına gətirib çıxara biləcək dövlət dəstəyi mexanizmlərinin yaradılmasını çox vacib sayıram”, - o bildirib.

Deputat ərzaq təhlükəsizliyinin qanun layihəsində daha geniş əhatə olunmasını da təklif edib.

“Ərzaq təhlükəsizliyinə verilən tərifdə qidanın mövcudluğu, əlçatanlığı, təhlükəsizliyi və qiymətinin əlçatanlığı nəzərdə tutulmalıdır. Qanun layihəsində isə yalnız qidanın mövcudluğu və qiymətinin sabitliyi göstərilib. Düşünürəm ki, qidanın əlçatanlığı və təhlükəsizliyi ilə bağlı məsələləri də əlavə etsək, daha yaxşı olar”, - Mirkişili deyib.

O, həmçinin aqrar sektorun sənaye ilə inteqrasiyasının vacibliyini vurğulayıb.

“Azərbaycanın ümumi daxili məhsulunun cəmi 5,6 faizi aqrar sektorun payına düşür. Biz sənaye ölkəsiyik və ümumi daxili məhsulun təxminən 50 faizi sənayenin payına düşür. Nə zaman aqrar sektoru sənaye ilə inteqrasiya edə biləcəyimiz mexanizmi yarada və bu zənciri tam qura bilsək, onda aqrar sektorun inkişafından daha çox danışa bilərik”, - deputat bildirib.

Mirkişili qanun layihəsinin aqrar siyasətin fəlsəfəsini dəyişdirdiyini də deyib. Onun sözlərinə görə, artıq aqrar siyasət yalnız məhsul istehsalı ilə məhdudlaşmır, bütöv dəyər zəncirini əhatə edir.

Deputat dövlət dəstəyinin də daha çox nəticəyönümlü olmasını vacib sayıb.

“Dövlət dəstəyi yalnız əkin sahəsinin ölçüsünə əsaslanmamalıdır. Daha çox həmin sahədən nə qədər məhsul əldə edildiyi, nə qədər suya qənaət olunduğu, nə qədər əmək resurslarından istifadə edildiyi, nə qədər innovasiya və süni intellektdən yararlanıldığı nəzərə alınmalıdır”, - o qeyd edib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol