Təhsilimiz “16”dan “90”a çatmaq istəyir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması nəzərdə tutulub.
Lent.az-ın məlumatına görə, Azərbaycanda bu göstərici 16,7 faiz təşkil etsə də, inkişaf etmiş ölkələrdə 80-90 faizdir.
Strategiyada məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin edilməsi də nəzərdə tutulan məsələlər sırasındadır
Qeyd olunan sənəddə məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramının (kurikulumun) tətbiq edilməsi öz əksini tapıb.
ANN.Az
























