• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Bayramov: aqrar qanunda su ehtiyatlarına xüsusi diqqət yetirilib

İlham Bayramov: aqrar qanunda su ehtiyatlarına xüsusi diqqət yetirilib
07.10.2026 12:31

“Aqrar sahə haqqında” qanun layihəsində su itkilərinin azaldılması, suvarma sistemlərinin səmərəliliyinin artırılması və su ehtiyatlarından daha effektiv istifadə ilə bağlı yeni müddəaların yer alması xüsusi əhəmiyyət daşıyır. Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Layihədə aqrar sahədə səmərəliliyin və əkin effektivliyinin artırılması, su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi, xüsusilə bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması kimi məsələlərin təsbit olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər qüvvədə olan qanunlarda bu cür istiqamətlər müəyyən edilməmişdi”, - Bayramov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektlərinin əsas resurslar kimi qanunda təsbit olunması da mühüm yenilikdir.

“Qanun layihəsinin 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, eyni zamanda sudan səmərəli istifadə ilə bağlı yeddi tədbir nəzərdə tutulur. Hesab edirəm ki, bunlar su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq”, - o deyib.

Bayramov iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin də qanunvericilikdə təsbit olunmasını mühüm addım kimi qiymətləndirib.

“Bəlkə də ilk dəfədir ki, milli qanunvericiliyimizdə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirləri bu qanunda təsbit olunur. Burada əsas məsələlərdən biri su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir”, - Agentlik rəsmisi bildirib.

O, su tutarlarının yaradılması ilə bağlı müddəanın da su ehtiyatlarının toplanması və daha səmərəli istifadəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

“Bu müddəa su ehtiyatlarından səmərəli istifadə üçün onların toplanmasına və su təminatının yaxşılaşdırılmasına, lazımi vaxtda və səviyyədə suyun verilməsinə hüquqi əsas yaradır. Eyni zamanda, su resurslarımızdan səmərəli istifadənin təmin edilməsinə imkan verəcək”, - Bayramov deyib.

Agentlik rəsmisi hesab edir ki, qanunun qəbulu aqrar sahədə normativ tənzimləmənin vahidləşməsinə, dövlət dəstəyi mexanizmlərinin və şəffaflığının artırılmasına, resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsinə imkan verəcək.

“Qanunun qəbulundan sonra formalaşacaq dəqiq mexanizmlərin hazırlanması və tətbiqi məşğulluğun artırılmasına, kənd yerlərinin davamlı inkişafına, gəlirlərin artmasına və xüsusilə ərzaq təhlükəsizliyimizə xüsusi töhfə verəcək”, - Bayramov bildirib.

Gülnar Nazimqızı

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol