• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Qarabağda həyətyanı sahələrə güzəştli su tarifi tətbiq edilməlidir

Deputat: Qarabağda həyətyanı sahələrə güzəştli su tarifi tətbiq edilməlidir
07.10.2026 12:39

İşğaldan azad edilmiş ərazilərə qayıdan kəndli ailələrinin həyətyanı sahələrinin suvarılması üçün suyun qiyməti məsələsinin həllinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elman Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kəndlərdə ənənəvi arx sistemlərinin sıradan çıxması həyətyanı sahələrin suvarılmasını çətinləşdirib.

“Bu gün bu məsələ ciddi məsələdir. Söhbət içməli və suvarma suyundan gedir. Əvvəllər kəndlərdə arx sistemləri var idi və həyətyanı sahələrin suvarılması bu sistemlə həyata keçirilirdi. Bu gün isə demək olar ki, arx sistemlərinin çox hissəsi sıradan çıxıb”, - Məmmədov bildirib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəndlərin bərpası çərçivəsində evlərə içməli su xətləri çəkilir, lakin həyətyanı torpaqların suvarılması məsələsi ayrıca həllini tələb edir.

“Kəndçinin həyatında 20 sot həyətyanı sahəsi var və suyun qiyməti həmin kəndçinin bu torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Qiymət məsələsi kəndçinin qarşısında bir maneə olaraq qalır”, - o deyib.

Məmmədov kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasında ailə təsərrüfatlarının rolunun artırılmasını vacib hesab edib.

“Kənd təsərrüfatı məhsullarında bolluq yaratmaq istəyiriksə, biz təkcə sahibkarlara və fermerlərə arxayın olmamalıyıq. Ailə təsərrüfatlarına da çox ciddi fikir verməliyik. Kəndçinin torpağı var, həmin torpaq münbit və məhsuldardır. Onu suvarıb məhsul götürmək lazımdır. Kəndçi özü də dolansın, əlavə məhsulunu satsın və məhsul bolluğunun yaranmasına kömək etsin”, - deputat bildirib.

O, həmçinin kənd sakinlərinin şəxsi təsərrüfatlarında mal-qara və xırdabuynuzlu heyvan saxlaya bilməsi üçün şərait yaradılmasını təklif edib.

“Kəndçi sahibkar və ya fermer olmadan da öz həyətində bir-iki baş iri buynuzlu heyvan, bir neçə baş xırdabuynuzlu heyvan saxlaya bilməlidir. Bu da kənd təsərrüfatı məhsullarının bolluğuna xidmət edir”, - Məmmədov deyib.

Deputat bunun üçün kəndlərdə örüş və otlaq sahələrinin qorunmasının vacibliyini vurğulayıb.

“Örüş və otlaq məsələsini diqqətdə saxlamaq lazımdır. Kəndin ətrafındakı bütün sahələr sahibkarlar və fermerlər tərəfindən götürülərsə, kəndçinin həyətində bir inək və ya 5-10 qoyun, keçi saxlamaq imkanı da məhdudlaşır. Heyvanları daim həyətdə bağlayıb yemləmək isə həm çətindir, həm də bahadır. Otlağa buraxmaq üçün örüş sahələri olmalıdır”, - o bildirib.

Məmmədov sonda kəndli ailələrinin ərzaq təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

“Biz kəndçi ailəsini ərzaq bolluğunun yaranmasında unutmamalıyıq. O, böyük qüvvədir”, - deputat əlavə edib.

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol