• $
  • €
  • ₽
  • ₺
  • £

Fermer öz torpağında anbar tikmək üçün niyə 7 nazirlikdən icazə almalıdır? - deputat

Fermer öz torpağında anbar tikmək üçün niyə 7 nazirlikdən icazə almalıdır? - deputat
07.10.2026 13:03

Azərbaycanda fermerin özəlləşdirdiyi kənd təsərrüfatı torpağında anbar və digər obyektlər tikməsi üçün torpağın kateqoriyasının dəyişdirilməsi tələb olunur və bu prosesdə 7 nazirlikdən icazə alınması prosedurun uzun çəkməsinə səbəb olur. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, fermerin 200 hektar özəl, özəlləşdirilmiş torpağı olsa da, həmin ərazidə anbar və ya ofis tikməsi üçün əlavə icazələr tələb olunur.

“Fermerin 200 hektar özəl, özəlləşdirilmiş torpağı var. Lakin fermer öz ərazisində nə anbar, nə ofis, nə də digər obyekt tikə bilir. Tikinti aparmaq istəyəndə deyirlər ki, torpağın kateqoriyası dəyişdirilməlidir”, - deputat bildirib.

Novruzov qeyd edib ki, torpağın kateqoriyasının dəyişdirilməsi üçün Nazirlər Kabinetində 7 nazirliyin razılığı tələb olunur.

“Fermerin öz torpağında anbar tikməsi üçün niyə yeddi nazirliyin icazəsi alınmalıdır? Niyə bunun üçün əlavə prosedurlar yaradılmalıdır? Hesab edirəm ki, bu proses sadələşdirilməli və bir-iki nazirliyin razılığı ilə qısa müddətdə həll edilməlidir. Fermer iki-iki il yarım gözləməməlidir”, - o deyib.

Deputatın sözlərinə görə, fermerin öz anbarının olması məhsulunu bazara çıxarma vaxtını seçməsinə və gəlirini artırmasına imkan verə bilər.

“Əgər fermerin anbarı olsa, öz məhsulunu orada saxlayıb başqasının soyuducu anbarından istifadə etməsə, qışda qiymətlər artanda məhsulunu satışa çıxara və daha çox gəlir əldə edə bilər”, - Novruzov bildirib.

Deputat digər problem kimi bəzi ərazilərdə hazır vəziyyətdə olan artezian quyularının heç bir qurumun balansına götürülməməsini göstərib.

Onun sözlərinə görə, bəzi kəndlərdə sahibkarlar və sakinlər tərəfindən qazılmış artezian quyuları mövcuddur, lakin onların istismarı və elektrik enerjisi ilə təminatı ilə bağlı məsələ həll edilməyib.

Deputat aidiyyəti qurumları və Nazirlər Kabinetini bu quyuların hansı qurumun balansında olmasının müəyyənləşdirilməsi ilə bağlı razılaşmağa çağırıb.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol