• $
  • €
  • ₽
  • ₺
  • £

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
07.10.2026 15:04

Əlilliyi olan və işləməyən şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, işsizlər, insan alverinin və məişət zorakılığının qurbanları, eləcə də maddi vəziyyəti çətin olan şəxslərin dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən yararlanması nəzərdə tutulur.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquq bərabərliyinin təmin edilməsinə və bu sahədə vahid hüquqi mexanizmin formalaşdırılmasına yönəlib.

Hüseynova bildirib ki, dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar da istifadə edə biləcəklər.

“Pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquq bərabərliyinin təmin edilməsi əsas məsələlərdən biridir. Qanun layihəsinin digər vacib tərəfi isə pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi mexanizmin formalaşdırılmasıdır”, - komitə sədri bildirib.

O qeyd edib ki, maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı səviyyədə olan digər şəxslərin də qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardımdan yararlanması mümkün olacaq.

Hüseynovanın sözlərinə görə, pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına ödəniləcək.

“Bir sözlə, bu qanun layihəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edir”, - o deyib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol