• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda itkin düşmüş 328 şəxsin kimliyi müəyyənləşdirilib

Qarabağda itkin düşmüş 328 şəxsin kimliyi müəyyənləşdirilib
08.10.2026 09:34

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 328 şəxsin kimliyi məhkəmə-molekulyar genetik ekspertiza vasitəsilə müəyyənləşdirilib. Bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günündə keçirilən panel sessiyada bildirib.

Həsənovun sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərindən Birliyə indiyədək itkin düşmüş 913 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları daxil olub.

O bildirib ki, laborator müayinələr zamanı 474 şəxsə aid sümük qalıqlarında müxtəlif həyati xəsarətlər, o cümlədən güllə və qəlpə yaralanmaları, eləcə də küt alətlə yetirilmiş xəsarətlər aşkar edilib.

Skelet qalıqlarının məhkəmə-tibbi müayinəsindən sonra şəxsiyyətin müəyyənləşdirilməsi məqsədilə müxtəlif nahiyələrdən, xüsusilə sağlam dişlərdən bioloji nümunələr götürülərək DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir.

Həsənov deyib ki, identifikasiya prosesi başa çatdıqdan sonra meyit qalıqları ailələrə təhvil verilir.

“İndiyədək 273 şəhidin meyit qalıqları Dövlət Komissiyasının tövsiyəsi və iştirakı ilə ailələrə təhvil verilib və milli-dini ənənələrə uyğun dəfn edilib”, - o bildirib.

Onun sözlərinə görə, dəfn edilənlərdən 225-i hərbçi, 48-i isə mülki şəxs olub.

Şəxsiyyəti müəyyənləşdirilmiş mülki şəxslər arasında 15 qadın və iki azyaşlı var.

Aytac Zeynalova 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol