• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Əliyev: HTBİ-də 328 itkin şəxsin genetik identifikasiyası aparılıb

Rüfət Əliyev: HTBİ-də 328 itkin şəxsin genetik identifikasiyası aparılıb
08.10.2026 12:04

Hazırda Hərbi Tibbi-Bioloji İnstitutunda (HTBİ) 328 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib. Bunu HTBİ-nin nümayəndəsi Rüfət Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günündə keçirilən panel sessiyada bildirib.

Əliyev deyib ki, Genetik Araşdırmalar Mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığında rəqəmsal transformasiya, müasir texnoloji cihaz və avadanlıqlardan istifadə tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb.

Onun sözlərinə görə, əldə edilən nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib.

“Yeni nəsil DNT texnologiyaları genetik mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həm də təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub”, - Əliyev bildirib.

O qeyd edib ki, HTBİ mütəxəssisləri Kipr, Avstraliya, Türkiyə, İsveçrə, Rumıniya, Niderland, eləcə də Azərbaycanın müxtəlif bölgələrində keçirilən beynəlxalq elmi konfrans və seminarlarda iştirak ediblər.

Əliyevin sözlərinə görə, HTBİ nümayəndələri bu ilin sentyabrında Türkiyənin Antalya şəhərində keçirilən “21-ci Beynəlxalq Məhkəmə Ekspertizası Günləri”ndə iştirak edib.

“80 müxtəlif universiteti təmsil edən alimlər və beynəlxalq ekspert icması ilə birlikdə DNT araşdırmalarının şəxsiyyətin müəyyənləşdirilməsindəki rolunu müzakirə etmişik”, - o deyib.

Rüfət Əliyev bildirib ki, tədbir çərçivəsində HTBİ nümayəndələri DNT əsaslı tədqiqatlarda yeni metodların tətbiqi və yeni nəsil texnoloji avadanlıqların iş prinsipləri barədə beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol