• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib

Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
08.10.2026 18:30

Cəbrayıl rayonunda mina partlayışı nəticəsində xəsarət alan 2000-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə sağ saidin yuxarı üçdəbir hissəsinin əl ilə birlikdə, həmçinin sol baldırın aşağı üçdəbir hissəsinin travmatik amputasiyası, sağ budun çanaq nahiyəsinədək didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu qoyulub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi yardım göstərilib. Hazırda onun müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

TƏBİB-in məlumatına görə, pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

***

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Qəhrəmanov Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.

Partlayış nəticəsində Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa, tanımadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol