• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb

Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
08.10.2026 17:14

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələrin mövcudluğunu müəyyən edib. Hücumların bir hissəsində köhnəlmiş proqram versiyalarından, eləcə də standart və ya ilkin giriş məlumatlarından istifadə olunduğu aşkarlanıb.Bu barədə MKA məlumat yayıb.

İlkin təhlillərə əsasən, xüsusilə Microsoft SQL Server (MSSQL) və Firebird verilənlər bazası sistemlərində köhnəlmiş versiyaların və standart giriş məlumatlarının istifadəsi müşahidə olunub.

MKA bildirib ki, bəzi hallarda hücumçular zəif qorunan verilənlər bazalarına icazəsiz giriş əldə etdikdən sonra sistemlərdə dəyişikliklər aparır, müxtəlif fayllar yerləşdirir və sonrakı mərhələlərdə sistem üzərində nəzarəti genişləndirməyə çalışırlar.

Agentliyin müşahidələrinə görə, kibertəhlükələr zəncirvari xarakter daşıya bilər. Belə ki, bir informasiya sisteminin ələ keçirilməsindən sonra həmin sistem digər sistemlərə hücum üçün aralıq resurs və ya giriş nöqtəsi kimi istifadə oluna bilər. Bu isə insidentlərin daha geniş şəbəkə infrastrukturuna yayılması riskini artırır.

Hazırda kibertəhlükələrin əhatə dairəsinin müəyyənləşdirilməsi, mümkün komprometasiyaların araşdırılması və əlaqəli risklərin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

MKA informasiya sistemlərinin mülkiyyətçiləri və inzibatçılarına istifadə olunan proqram təminatını, xüsusilə MSSQL və Firebird sistemlərini istehsalçı tərəfindən dəstəklənən aktual versiyalara yeniləməyi, standart və ilkin giriş məlumatlarını dəyişdirməyi və mürəkkəb, unikal şifrələrdən istifadə etməyi tövsiyə edib.

Həmçinin verilənlər bazaları və digər kritik xidmətlərin internetdən birbaşa əlçatanlığının məhdudlaşdırılması, girişlərin yalnız zəruri IP ünvanlarından həyata keçirilməsinə icazə verilməsi, sistemlərdə şübhəli faylların və anomal fəaliyyətlərin mütəmadi yoxlanılması tövsiyə olunur.

Agentlik komprometasiya şübhəsi yarandıqda sistemin digər şəbəkə resurslarından mümkün qədər tez təcrid edilməsini və MKA-ya və ya ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsini də tövsiyə edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol