• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib

Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
08.10.2026 20:16

Cəbrayıl rayonunda gün ərzində ikinci mina partlayışı baş verib. İlk partlayışda xəsarət alan şəxsin atası da mina partlayışında yaralanıb.Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Məlumata görə, hadisə oktyabrın 8-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində baş verib.

Bildirilib ki, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daha əvvəl piyada əleyhinə minaya düşərək xəsarət alan oğlu Orxan Qəhrəmanovun hadisə yerinə daxil olub. Nəticədə Əşrəf Qəhrəmanov da mina partlayışına məruz qalaraq xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi ilə bağlı təhlükəsizlik qaydalarına riayət etməyə, xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol