• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı il Nobel Sülh mükafatının laureatı açıqlanıb

2026-cı il Nobel Sülh mükafatının laureatı açıqlanıb
09.10.2026 13:09

2026-cı il Nobel Sülh mükafatına Navanethem Pillay (Navi) layiq görülüb.

Mükafat ona sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə təqdim olunub.

Navanethem “Navi” Pillay Cənubi Afrikalı hüquqşünas və keçmiş beynəlxalq hakimdir. O, 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb.

1941-ci ildə Cənubi Afrikanın Durban şəhərində anadan olan Pillay aparteid dövründə insan hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərib. O, qaradərili hüquqşünasların üzləşdiyi ayrı-seçkiliyə baxmayaraq, hüquq sahəsində karyerasını davam etdirib və aparteidə qarşı çıxan fəalları müdafiə edib.

Pillay 1995-ci ildə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına hakim təyin olunub, 1999–2003-cü illərdə isə həmin tribunalın prezidenti vəzifəsini icra edib. Daha sonra Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb.

O, həmçinin qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Equality Now təşkilatının həmtəsisçilərindən biridir. Pillayın fəaliyyəti insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə və beynəlxalq hüququn inkişafı ilə bağlıdır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol