• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il istehsalat qəzalarında ölənlərin sayı açıqlanıb

Ötən il istehsalat qəzalarında ölənlərin sayı açıqlanıb
09.10.2026 15:17

Azərbaycanda 2025-ci ildə istehsalat qəzaları nəticəsində zərərçəkənlərin sayı informasiya və rabitə sahəsində 16 nəfərdən 23 nəfərə, emal sənayesində isə 110 nəfərdən 119 nəfərə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Ötən il ölkə üzrə istehsalat qəzaları nəticəsində əmək qabiliyyətini itirən və ya ölənlərin ümumi sayı 680 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 67 nəfər və ya 9% azdır.

2025-ci ildə istehsalat qəzalarında zərərçəkənlərin sayı ən çox emal sənayesində - 119 nəfər, tikintidə isə 118 nəfər olub. Nəqliyyat və anbar təsərrüfatında bu göstərici 56 nəfər təşkil edib.

Tikintidə zərərçəkənlərin sayı 2024-cü ildəki 159 nəfərdən 118 nəfərə, nəqliyyat və anbar təsərrüfatında 77 nəfərdən 56 nəfərə, mədənçıxarma sənayesində isə 66 nəfərdən 15 nəfərə düşüb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində zərərçəkənlərin sayı 23 nəfərdən 20 nəfərə, su təchizatı və tullantıların təmizlənməsi sahəsində isə 10 nəfərdən 4 nəfərə azalıb.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol