Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb

Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub.
"Report"un məlumatına görə, hadisə Təzəkənd kəndində baş verib.
Rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























