Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
"Report"un məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hadisəni törətməkdə Röyal Həsənovun atası şübhəli bilinir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























