• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib

Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib
12.10.2026 12:55

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı ictimai qaydanı kobud şəkildə pozmaqda şübhəli bilinən 37 nəfər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, Bakıda bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, həmçinin ictimai qaydanı pozan, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb. Həmin maddə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə məsuliyyət nəzərdə tutur.

DİN bildirib ki, görülən tədbirlərin məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin və nəqliyyatın hərəkətinin pozulmasının qarşısını almaq, təhsil müəssisələrinin normal fəaliyyətini və vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Nazirlik ictimai qaydanın qorunması istiqamətində tədbirlərin davam etdiriləcəyini, qanunazidd hərəkətlərə yol verən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd edib.

 Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin vahid geyim forması ilə bağlı qaydalar müəyyən edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabrın 9-da bu tələblərin icrasına nəzarət məqsədilə məktəblərdə monitorinqlərə başlanacağını açıqlayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol