• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər

Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər
12.10.2026 13:18

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələbinə qarşı çıxmaqla ABŞ Prezidenti Donald Trampla münasibətləri daha da gərginləşdirə bilər. Bu barədə  Bloomberg məlumat yayıb. 

 Vaşinqton Ukraynanın hərbi əməliyyatlarına getdikcə enerji qiymətləri və ABŞ-da keçiriləcək aralıq seçkiləri prizmasından yanaşır.

Mayamidə keçirilən görüşdə ABŞ nümayəndələri Ukrayna rəsmilərinə Vaşinqtonun Kiyevə sursat və kəşfiyyat məlumatları verdiyini xatırladıblar. Onlar Ukrayna tərəfinə ABŞ istehlakçılarına zərər vura biləcək addımlardan çəkinməli olduğunu bildiriblər.

Ukrayna tərəfi bu xəbərdarlığı ABŞ-ın kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla bağlı dolayı təhdidi kimi qəbul edib. Bununla belə, ABŞ rəsmisi belə bir təhdidin səsləndirildiyini təkzib edərək, Vaşinqtonun Ukraynanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Bloomberg-in mənbələrinə görə, Kremlə yaxın bəzi Rusiya rəsmiləri Trampın yaxın gələcəkdə Moskva üçün əlverişli şərtlərlə sülh sazişinə nail ola biləcəyinə şübhə ilə yanaşırlar.

Onlardan bəziləri hesab edirlər ki, Vaşinqton Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini və silah tədarükünü dayandırmadığı müddətdə Trampın sərt tənqidi təkbaşına nəticə verməyəcək.

Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrinin enerji bazarına və ABŞ-da yanacaq qiymətlərinə təsir etdiyini bildirib. Bu məsələ Vaşinqtonun Kiyevə təzyiqini artırıb və iki ölkə arasında fikir ayrılığını dərinləşdirib.

Gülnar 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol