• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12.10.2026 18:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Report xəbər verir ki, uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.

Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.

Onların Qəbələ ilə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Agentlik tərəfindən ötən dövrdə Ukraynadan 500-dən çox uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol