• $
  • €
  • ₽
  • ₺
  • £

Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatan olmalıdır - deputat

Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatan olmalıdır - deputat
13.10.2026 12:24

Azərbaycanda aviareyslərin sayının artırılması və sərnişinlər üçün daha münasib qiymətli biletlərin əlçatan olması vacibdir.Bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı bildirib.

“Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatmaz seçimə çevrilməməlidir”, -  deputat vurğulayıb.

Onun sözlərinə görə, aviasiyanın inkişafı yalnız uçuşların və sərnişinlərin sayının artması ilə deyil, insanların təyyarə ilə səyahət imkanlarının genişlənməsi ilə də ölçülməlidir. Vətəndaşlar ailə ziyarəti, təhsil, müalicə və işgüzar səfərlər üçün münasib qiymətlərlə uçmaq imkanına malik olmalıdırlar.

Nurullayev marşrutların genişləndirilməsini, rəqabət imkanlarının artırılmasını və qiymət siyasətində sərnişinlərin maraqlarının daha çox nəzərə alınmasını vacib sayıb.

“Bu gün əlçatanlıq məhdud sayda ucuz biletin mövcudluğudur”, - deputat qeyd edib və daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanların artırılmasına çağırıb.

Deputat Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna təklif olunan dəyişiklikləri dəstəklədiyini də bildirib. O, uçuş heyətinin iş və istirahət vaxtının Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun tənzimlənməsini aviasiyanın xüsusiyyətlərini nəzərə alan addım kimi qiymətləndirib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol