• $
  • €
  • ₽
  • ₺
  • £

Nurullayev dövlət qulluğu sertifikatı alan şəxslər üçün yeni mexanizm təklif edib

Nurullayev dövlət qulluğu sertifikatı alan şəxslər üçün yeni mexanizm təklif edib
13.10.2026 12:57

 

Deputat Razi Nurullayev dövlət qulluğu imtahanından keçərək sertifikat alan şəxslərin 3-6 ay ərzində ixtisaslarına uyğun vakant vəzifələrə müraciət etməsi və işə qəbul prosesində real imkan qazanması üçün mexanizm yaradılmasını təklif edib.

Deputat  bildirib ki, sertifikatın qüvvədəolma müddətinin beş ildən iki ilə endirilməsi işə qəbul problemini həll etməyəcək, əksinə, namizədlərin imkanlarını məhdudlaşdıra bilər.

“Reallıq budur ki, sertifikat alan şəxslərin bir qismi beş il ərzində belə iş tapa bilməyib. Deməli, problem yalnız imtahan verməkdə deyil, imtahandan sonra işə qəbul imkanlarının məhdudluğundadır”, - deputat bildirib.

Onun sözlərinə görə, sertifikatın qüvvədəolma müddəti iki ilə endirilərsə, iş tapa bilməyən şəxslər yenidən imtahana hazırlaşmalı və eyni prosesi təkrarlamalı olacaqlar.

Deputat təklif etdiyi mexanizmin avtomatik işə qəbulu nəzərdə tutmadığını vurğulayıb. O qeyd edib ki, işə qəbul zamanı müsahibə və peşəkarlıq tələbləri qüvvədə qala bilər.

“Dövlət vətəndaşın biliyini imtahanla təsdiqləyirsə, həmin bilikdən istifadə etmək üçün də ona real imkan yaratmalıdır”, – Nurullayev deyib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol