• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Mahmudov elmi yaradıcılıq üçün icazə tələbinin ləğvini təklif edib

Rəşad Mahmudov elmi yaradıcılıq üçün icazə tələbinin ləğvini təklif edib
13.10.2026 13:20

 

Deputat Rəşad Mahmudov “Dövlət Qulluğu Məcəlləsi” layihəsində elmi yaradıcılıqla bağlı maddəyə yenidən baxılmasını və bu fəaliyyət üçün rəhbərliyin icazəsi ilə bağlı tələbin aradan qaldırılmasını təklif edib.

Mahmudov Milli Məclisin iclasında qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib ki, belə bir məhdudiyyət alimlərin və yüksək ixtisaslı mütəxəssislərin fəaliyyətinə mane ola bilər.

“Ümumiyyətlə, elmi yaradıcılıqda belə bir məhdudiyyətin qoyulması gələcəkdə ölkəmizdə istənilən sahədə, eləcə də dövlət quruculuğunda elmi əsaslara dayanan düşüncənin formalaşmasının qarşısını ala biləcək maneələrdən biri kimi qarşımıza çıxacaq”, - Mahmudov bildirib.

Deputatın sözlərinə görə, xaricdə təhsil almış və akademik təcrübə qazanmış həkimlər elmi yazılarını aidiyyəti qurumlara təqdim etməkdə çətinlik çəkirlər.

O, əvvəllər baş vermiş xoşagəlməz hadisələrə görə tətbiq edilən məhdudiyyətlərin hazırda da elmə, təhsilə və mütəxəssislərin inkişafına mane olmasını qəbuledilməz hesab etdiyini bildirib.

Mahmudov qanun layihəsinin ikinci oxunuşunu ümumilikdə dəstəklədiyini, lakin rəhbərliyin icazəsi ilə bağlı tələbin yarada biləcəyi maneələr nəzərə alınaraq müvafiq maddənin dəyişdirilməsini tövsiyə edib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol