• $
  • €
  • ₽
  • ₺
  • £

Erkin Qədirli dövlət qulluqçularının elmi araşdırmalar üçün icazə alması tələbini müdafiə edib

Erkin Qədirli dövlət qulluqçularının elmi araşdırmalar üçün icazə alması tələbini müdafiə edib
13.10.2026 13:28

Deputat Erkin Qədirli dövlət qulluqçularının elmi araşdırmalar aparması üçün icazə alınması tələbini müdafiə edərək, bu qaydanın qadağa deyil, dövlət qulluğunda neytrallıq və maraqlar toqquşması risklərini azaltmaq məqsədi daşıdığını açıqlayıb. 

“Bu, qadağa anlamına gəlmir”, - Qədirli Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elmi fəaliyyət akademik azadlığı nəzərdə tutsa da, dövlət qulluqçusunun araşdırmaları vəzifə öhdəlikləri və dövlət qulluğunun neytrallığı ilə ziddiyyət yarada bilər.

Deputat dövlət qulluqçularının konfidensial məlumatlara çıxışının digər tədqiqatçılarla müqayisədə onlara üstünlük verə və qeyri-bərabər rəqabətə səbəb ola biləcəyini qeyd edib.

O, həmçinin rəhbər şəxslərin tabeliklərində olan əməkdaşların topladığı məlumat və təhlillərdən öz elmi işlərində istifadə etməsi riskinə diqqət çəkib.

Qədirli dövlət qulluqçusunun andının mətninə də münasibət bildirib. O, Konstitusiyaya əməl etməyin bütün vətəndaşların borcu olduğunu, “Azərbaycan Respublikasının mənafelərinə xidmət etməyin” isə dövlət qulluqçularına aid xüsusi öhdəlik olduğunu deyib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol