• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstəxanadan beş ruhi xəstə qaçmaq istəyibmiş - Foto

Xəstəxanadan beş ruhi xəstə qaçmaq istəyibmiş - Foto
22.11.2013 13:35

Onlardan birini hadisədən bir gün sonra intihar edən polis əməkdaşı zərərsizləşdirib

Bakıda ruhi xəstəxanadan qaçan şəxslər hələ tutulmayıb. APA-nın məlumatına görə, polis həmin şəxslərin əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirləndirildiklərini əsas gətirərək, onların təhlükəli olduğunu nəzərə almaqla əhalidən kömək istəyir. Şəkildəki şəxsləri tanıyan və görənlərdən bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermələri xahiş olunur.

 

APA noyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman baş verən hadisələrin bəzi detallarını da əldə edib. Belə ki, həmin gün xəstəxanadan qaçmaq istəyənlərin sayı 5 nəfər olub. Onlardan biri xəstəxanada xidmətdə olan, hadisədən bir gün sonra intihar edən polis əməkdaşı Rəşad Həsənov tərəfindən zərərsizləşdirilib. Polis əməkdaşı qaçan digər şəxsləri də zərərsizləşdirməyə çalışsa da, buna nail ola bilməyib. İlkin ehtimala görə, polis əməkdaşı bunun məsuliyyətini hiss etdiyi üçün özünü yaşadığı binadan ataraq intihar edib.   

  

Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Onların tutulması üçün müvafiq tədbirlər görülür.

 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol