• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb
13.10.2026 16:03

2026-cı ilin yanvar-sentyabrda Azərbaycanda pərakəndə ticarət şəbəkəsində 50,8 milyard manatlıq məhsul satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz çoxdur. Bu barədə Dövlət Statstika Komitəsindən bildirilib. 

Satılan məhsulların 27,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.

Hesabat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında real ifadədə 1,4 faiz, qeyri-ərzaq mallarının satışında isə 6,7 faiz artım qeydə alınıb.

Pərakəndə ticarətdə istehlakçıların xərclərinin 49,9 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının alınmasına yönəlib. Xərclərin 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb. Digər qeyri-ərzaq mallarına xərclərin 17,1 faizi sərf olunub.

Yanvar-sentyabrda əhali pərakəndə ticarət şəbəkəsində adambaşına orta hesabla ayda 549,2 manat xərcləyib. Bunun 297,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 252 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol