• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib

Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
13.10.2026 17:08

 

Ümumdünya Görmə Günü münasibətilə Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən “Batı Göz” klinikası ilə birgə media nümayəndələri üçün maarifləndirici görüş və səyyar göz müayinəsi təşkil olunub.

Tədbirin məqsədi göz sağlamlığının qorunmasının əhəmiyyətinə diqqət göstərmək, geniş yayılmış göz xəstəlikləri və onların profilaktikası barədə məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən Azərbaycan Sənaye Sığorta Şirkətinin İdarə Heyətinin sədri İlkin Mirzəyev şirkətin 30 illik fəaliyyət yolu, müştərilərə təqdim etdiyi sığorta xidmətləri, həyata keçirdiyi iri həcmli sığorta ödənişləri və müştəri məmnuniyyəti sahəsində lider mövqeyi barədə məlumat verib.

Qeyd olunub ki, hazırda şirkət 150 000-dən çox müştəriyə 33 növ sığorta xidməti təqdim edir. Azərbaycan Sənaye Sığorta Şirkəti müştəri məmnuniyyətini əsas prioritetlərindən biri kimi müəyyənləşdirərək etibarlı və keyfiyyətli xidmət göstərməyə xüsusi önəm verir.

“Batı Göz” klinikasının həkimləri görmə qabiliyyətinin həyat keyfiyyətinə təsiri, göz xəstəliklərinin əsas əlamətləri, rəqəmsal cihazlardan istifadənin göz sağlamlığına təsiri, göz yorğunluğunun qarşısının alınması  və profilaktik müayinələrin vacibliyi barədə təqdimatla çıxış ediblər.

Tədbirin sonunda media nümayəndələri üçün göz müayinəsi keçirilib, iştirakçılara fərdi tövsiyələr verilib.

Azərbaycan Sənaye Sığorta Şirkəti sağlamlığın qorunmasına və cəmiyyətin rifahına yönələn təşəbbüsləri dəstəkləməklə sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol