• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib

Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib
14.10.2026 13:27

İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilən tədbirə aid görüntüləri Azərbaycanda hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib. Bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Şuranın məlumatına görə, hadisənin məkanının və mahiyyətinin təhrif olunması faktların saxtalaşdırılması, ictimai rəyin manipulyasiyası və auditoriyanın yanlış məlumatlandırılması cəhdidir.

“Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir”, - açıqlamada qeyd olunub.

Şura bildirib ki, kanal məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə qara siyahıya daxil edilib.

Qurum media subyektlərini məlumat yayarkən faktların dəqiqliyini və obyektivliyini təmin etməyə, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə çağırıb. İctimaiyyətə isə bu cür paylaşımlara tənqidi yanaşmaq, məlumatları etibarlı mənbələr əsasında yoxlamaq və dezinformasiyanın yayılmasına şərait yaratmamaq tövsiyə olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol