• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib

Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib
14.10.2026 14:44

Astaranın Kijəbə qəsəbəsində yaşayan kənd məktəbinin fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən iclasda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən V.H. barəsində tərtib edilmiş protokola baxılıb.

Məhkəmə materiallarına əsasən, oktyabrın 13-də polis əməkdaşları daxil olmuş müraciətlə bağlı izahat almaq üçün Kijəbə qəsəbəsinin sakininə yaxınlaşaraq onu polis şöbəsinə dəvət ediblər. Lakin həmin şəxs nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub və polislərlə getməkdən imtina edib. Xəbərdarlıqlara baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Məhkəmə iclasında V.H. əməlini etiraf edərək bildirib ki, polis şöbəsinə dəvət olunarkən əsəbiləşib və buna görə mübahisə yaradıb. Kənd məktəbində fizika müəllimi işlədiyini deyən şəxs törətdiyinə görə peşman olduğunu bildirib və məhkəmədən yüngüllük göstərilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə ona 30 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub.

Tatyana

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol