• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video

Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
14.10.2026 23:57

Sumqayıt şəhərində fəaliyyət göstərən özəl uşaq bağçasında azyaşlı xəsarət alıb.Bu barədə "Xəzər TV" məlumat yayıb.

Hadisə "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Valideyn Yaqub Yasinovun iddiasına görə, oktyabrın 9-da saat 17 radələrində övladı tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılıb. Nəticədə uşağın sol qolu iki yerdən sınıb.

Valideyn uşağa ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardım çağırılmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edib.

Bağçadan isə bildirilib ki, hadisə baş verən kimi uşağın valideyninə məlumat verilib. Atanın uzaqda olduğunu və uşağı bibisinin götürəcəyini söylədiyi qeyd olunub.

Yaqub Yasinov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Hadisənin bütün təfərrüatları və tərəflərin qarşılıqlı iddialarına hüquqi qiymət verilməsi aidiyyəti qurumların araşdırmasından sonra məlum olacaq.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol