• $
  • €
  • ₽
  • ₺
  • £

AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb

AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb
15.10.2026 10:49

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb. Bu barədə assosiasiyanın bəyanatında bildirilib.

AGMA hesab edir ki, məktəblərdə geyim qaydaları nizam-intizamın qorunmasına, vahid yanaşmanın təmin edilməsinə və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

Bəyanatda qeyd olunub ki, qaydaların uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət və açıq dialoq əsasında müzakirə olunmalıdır.

Assosiasiya məktəb rəhbərlərini və müəllimləri geyim qaydalarının izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməyə, şagirdlərin hüquq və ləyaqətinin qorunmasını əsas tutmağa çağırıb.

Valideynlərə isə narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmək və məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaq tövsiyə olunub.

Bəyanatda müəllimlərin geyiminin və peşəkar davranışının məktəbdə formalaşan ümumi mühitin bir hissəsi olduğu da vurğulanıb.

“AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir”, - bəyanatda qeyd olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol