• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın iki rayonunda işıq olmayacaq

Paytaxtın iki rayonunda işıq olmayacaq
16.10.2026 00:06

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan tələbatın qarşılanması məqsədilə oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarında təmir və yenidənqurma işləri aparılacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsindəki bəzi ərazilərdə də elektrik enerjisinin verilişində fasilə yaranacaq. 35/6 kV-luq 491 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi qısa müddətə dayandırılacaq.

İşlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol