• $
  • €
  • ₽
  • ₺
  • £

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
16.10.2026 11:23

 

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Anar Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun məlumatına görə, Abbasovun ekstradisiyası ilə bağlı vəsatət Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Abbasov Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə şübhəli bilinir.

İstintaq çərçivəsində onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyinə görə Abbasov axtarışa verilib.

O, Rusiyada saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Ekstradisiya 7 oktyabr 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Abbasovun cinayət törətməsi barədə şübhələr istintaq materiallarına əsaslanır. Onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməyib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol