• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
16.10.2026 12:09

Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.

Qurultayda Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə Zifəroğlunun namizədliyi sədr vəzifəsinə irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, o, qurumun yeni sədri seçilib.

Rəşad Məcid 24 sentyabr 2022-ci ildə Azərbaycan Jurnalistlərinin VIII Qurultayında Mətbuat Şurasının sədri seçilmişdi. O, bu vəzifədə 2003-cü ildən quruma rəhbərlik edən Əflatun Amaşovu əvəz etmişdi.

Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə jurnalistlərin I Qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Qurum həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi fəaliyyət göstərir. Onun əsas məqsədləri jurnalistlərin peşə etikası prinsiplərinə əməl etməsinə ictimai nəzarət, media ilə dövlət qurumları və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də mətbuatla bağlı şikayətlərin araşdırılmasıdır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol