Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Qeyd olunub ki, şəxslərin geri qəbulu Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Bundan başqa, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























