• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub

Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub
19.10.2026 09:48

 Azərbaycanda 2025-ci ildə 15-29 yaşlı 6 522 qadın boşanıb. Bu, eyni yaş qrupundakı kişilərin sayından (2 778 nəfər) 3 744 nəfər çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2024-cü ildə də boşanan gənc qadınların sayı kişilərdən çox olub: müvafiq olaraq 6 890 və 2 979 nəfər.

 2025-ci ildə 15-29 yaşlı boşananların ümumi sayı 9 300 nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 569 nəfər və ya 5,8% azdır.


2025-ci ildə boşanan gənc kişilərin sayı əvvəlki illə müqayisədə 201 nəfər (6,8%), qadınların sayı isə 368 nəfər (5,3%) azalıb.


Yaş qrupları üzrə ən böyük azalma 25-29 yaşlı qadınlarda qeydə alınıb: onların sayı 4 266-dan 3 942-yə düşüb. Eyni yaş qrupunda boşanan kişilərin sayı 2 513-dən 2 329-a azalıb.


18-19 yaş qrupunda isə boşanan qadınların sayı 239-dan 258-ə, kişilərin sayı 6-dan 10-a yüksəlib.

2025-ci ildə 15-17 yaşlı boşananlar arasında bir qadın qeydə alınıb. Bu yaş qrupunda kişilər olmayıb.

Ölkə üzrə boşanmaların ümumi sayı 2025-ci ildə 20 675 olub. 2024-cü ildə bu göstərici 21 384 idi.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol