• $
  • €
  • ₽
  • ₺
  • £

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub
20.10.2026 13:31

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol