• $
  • €
  • ₽
  • ₺
  • £

Radio kanallarının yayımı ilə bağlı monitorinqlər başladı

Radio kanallarının yayımı ilə bağlı monitorinqlər başladı
21.11.2013 20:29
 Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan ərazisində radio kanallarının yayımı ilə bağlı monitorinqlərə başlayıb.Bunu APA-ya açıqlamasında MTRŞ sədrinin müavini Qafar Cəbiyev söyləyib. Qafar Cəbiyev deyib ki, “Kəpəz” radiosu istisna olunmaqla, Azərbaycanda digər radio kanalları respublika yayımçılarıdır. Bu radio kanalları MTRŞ-dən yayımla bağlı lisenziya alarkən ölkə ərazisində yayımın keyfiyyətli təşkili ilə bağlı öhdəliklər götürüb: “Monitorinqlər göstərir ki, “Azərbaycan”, Anten”, ANS ÇM, “İctimai” radio kanallarının yayım dairəsi və keyfiyyəti daha yaxşıdır. Ancaq bəzi radio kanallarının siqnalları respublikanın bir sıra ərazilərinə, xüsusən sərhədyanı bölgələrə çatmır, yaxud proqramları yerlərdə zəif və keyfiyyətsiz qəbul olunur. Nəticədə Azərbaycan radio kanallarının siqnallarının zəif çatdığı yerlərə qonşu dövlətlərin radiolarının siqnalları daxil olur. Dövlət Radio Tezliklər İdarəsi, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin apardığı monitorinqləri zamanı da analoji mənzərə qeydə alınıb. Bununla bağlı MTRŞ-ə müraciətlər var və ona görə də istəyirik ki, radio yayımlarının dairəsi və keyfiyyəti ilə bağlı məsələləri araşdıraq, müvafiq tədbirlər görək.  Azərbaycanın Qərb, Cənub, Şimal və Mərkəzi Aran rayonlarında vəziyyətin necə olduğunu öyrənmək istəyirik. Radio kanallarımız lisenziya öhdəliklərinə uyğun olaraq bu problemlərin aradan qaldırılması üçün texniki işlər görməli, ötürücülərin gücləndirilməsi ilə məşğul olmalıdırlar. Elə etmək lazımdır ki, Azərbaycanın bütün guşələrində, bütün yaşayış məntəqələrində vətəndaşlarımız radio proqramlarını rahatlıqla qəbul edə bilsinlər”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol