• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyələrin gəlirləri 1,5% artıb

Bələdiyyələrin gəlirləri 1,5% artıb
21.10.2026 12:01

Azərbaycanda bələdiyyələrin yerli büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5% artıb. Bu ilin ilk altı ayında şəhərsalma, ətraf mühitin qorunması və abadlıq işlərinə isə 3,5 milyon manatdan çox vəsait ayrılıb. Bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisdə çıxışı zamanı bildirib.


“Yerli büdcə gəlirlərində artım müşahidə olunur”, - Həsənov bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbirdə deyib.

O, dəqiq göstəricilərin bələdiyyələrin fəaliyyəti üzrə illik məruzədə açıqlanacağını bildirib.


Həsənovun sözlərinə görə, aparılan təhlillər bələdiyyələrin ərazilərindəki mövcud potensialdan tam və düzgün istifadə etmədiyini göstərir. Nazirlik bələdiyyə büdcəsinə ödənişlərin düzgün hesablanması, torpaqlardan qanunsuz istifadə hallarının araşdırılması və bələdiyyələrin maliyyə dayanıqlılığının artırılması istiqamətində iş aparır.


“Bələdiyyə büdcəsi vəsaitlərinin yığılması nə qədər faydalıdırsa, onların qanuna uyğun istiqamətlərə xərclənməsi də bir o qədər aktual və prioritet məsələdir”, - o deyib.


Həsənov bildirib ki, bələdiyyələrin hesabatlarının ictimaiyyət üçün açıq olması və gəlir-xərclərin şəffaf göstərilməsi məqsədilə informasiya sistemləri təkmilləşdirilir. Gəlir və xərclərin əks olunduğu portal artıq bəzi bələdiyyələr tərəfindən istifadə olunur.


Onun sözlərinə görə, yeni qanunvericilik aktları ilə bağlı bələdiyyələrə 5 mindən çox tövsiyə məktubu göndərilib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol