• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat hər iqtisadi region üçün ayrıca inkişaf modelinin hazırlanmasını təklif edib

Deputat hər iqtisadi region üçün ayrıca inkişaf modelinin hazırlanmasını təklif edib
21.10.2026 12:45

Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycanın hər bir iqtisadi regionunun üstünlüklərinə uyğun inkişaf modelinin hazırlanmasını təklif edib. 

“Azərbaycanın hər bir iqtisadi regionunun özünə uyğun profili və iqtisadi inkişaf modelini hazırlamaq daha düzgün ola bilərdi”, - Mirkişili deyib.

Onun sözlərinə görə, bəzi regionlarda kənd təsərrüfatı, digərlərində turizm və ya sənaye daha çox inkişaf edib və siyasət bu üstünlükləri nəzərə almalıdır.

Deputat yerli idarəetmə orqanları ilə mərkəzi qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, bələdiyyələrin xidmətlərinin və maliyyə hesabatlılığının şəffaflığının artırılmasına çağırıb.


Mirkişili regionların dayanıqlı inkişafı üçün özəl sektorun və sahibkarlığın genişlənməsinin vacibliyini vurğulayıb.

“Dövlət imkan yaradır, dövlət resurs verir, sahibkar isə iş yeri yaradır və büdcəyə vergi ödəyir”, - o deyib.


Deputat işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sahibkarlar üçün vergi güzəştlərinin tətbiq olunduğunu, bəzi kommunal xərclərin isə dövlət tərəfindən qarşılandığını bildirib.

Onun fikrincə, bu ərazilərdə tətbiq olunan iqtisadi model gələcəkdə ölkənin digər iqtisadi rayonlarında da istifadə oluna bilər.


O, bələdiyyələrin rəqəmsal xidmətlərinin də genişləndirilməsini istəyib. “Vətəndaş üçün daha rahat və bələdiyyə xidmətlərini görə biləcəyi rəqəmsal platformalara geniş ehtiyac var”, - Mirkişili deyib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol