• $
  • €
  • ₽
  • ₺
  • £

"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edilib

"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edilib
22.10.2026 14:44

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.

İclasda İri Şəhərlərin Su Təchizatı QSC-nin yeni icraçı direktoru müəyyənləşib. Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.

Mərdanov Arif Fərman oğlu 24.04.1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. "SOCAR"-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol