• $
  • €
  • ₽
  • ₺
  • £

Aşurada qan verən 210 nəfərin qanında təhlükəli infeksiya aşkarlandı

Aşurada qan verən 210 nəfərin qanında təhlükəli infeksiya aşkarlandı
21.11.2013 17:37
“Azərbaycanda Aşura günü qan verən 4437 nəfərdən 210-nun qanında təhlükəli infeksiya aşkarlanıb.Bu səbəbdən həmin 210 nəfərdən toplanan 105 litrə yaxın təhlükəli qan yandırılıb”.Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva məlumat verib. O bildirib ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya görə-Hepatit B, Hepatit C, HİV və Sifilis infeksiyasına qarşı yoxlanılır. Qanda HİV infeksiyasının çox nadir hallarda aşkarlandığını deyən P.Hacıyeva qeyd edib ki, digər 3 infeksiya mütəmadi olaraq tapılır: “Bu il qan verənlər arasında HİV virusu aşkarlanmayıb, ötən il isə 1 nəfərin qanında olmuşdu”. P.Hacıyeva Aşura günündə aparılan yoxlama nəticəsində qanında virus aşkarlanan vətəndaşlara müraciət də edib. O bildirib ki, Qan Bankında bütün məlumatlar anonim saxlanılır: “Lakin Aşura günündə qan verən insanlar şəxsiyyət vəsiqələri ilə yaxınlaşıb qanları haqqında məlumat ala bilərlər. Yaxşı olardı ki, 210 nəfər özləri haqqında məlumatı alsın, öncədən infeksiyaya qarşı tədbirlər görsünlər. Bəlkə də onların çoxu bilmir ki, qanlarında hansısa infeksiya var. Bədəndə infeksiya qaldıqca bu gələcəkdə daha ciddi problemlər yarada bilər”. Baş həkimi qeyd edib ki, ötən il qanverənlərin sayı az olduğundan təxminən 90 litrə yaxın qan yandırılıb.ANN.Az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol